Maduro "WhatsApp"dan imtina edəcəyini AÇIQLADI - SƏBƏB

Maduro WhatsAppdan imtina edəcəyini AÇIQLADI - SƏBƏB
Siyasət 64

Venesuela prezidenti Nikolas Maduro "WhatsApp" mesajlaşma tətbiqindən imtina edəcəyini bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə "VTV" telekanalı məlumat yayıb.

O, "Telegram" və "WeChat" xidmətlərinə keçəcəyini vəd edib. Prezident sarayında gənc tərəfdarlarla keçirdiyi görüşdə hamını ondan nümunə götürməyə çağırıb:

"Mən bu gün ictimaiyyət qarşısında "WhatsApp"la əlaqələri qıracağam. Çünki bu platforma Venesuelaya təhdidlər göndərmək üçün istifadə olunur. Mən onu telefonumdan tamamilə siləcəyəm. Tədricən bütün əlaqələrimi "Telegram" və "WeChat"a köçürəcəyəm. Bu, vacib bir addımdır".

Son xəbərlər