Venesuela lideri dünyanın ən güclü seçki sisteminə sahib olduqlarını bildirib
Venesuela Prezidenti Nikolas Maduro bildirib ki, onlar dünyanın ən güclü seçki sisteminə malikdirlər.
O, bu barədə bu gün ölkədə keçirilən prezident seçkiləri izləyən beynəlxalq müşahidəçilərlə görüşü zamanı deyib.
Dünyanın ən güclü seçki sisteminin Venesuelada olduğunu iddia edən Maudro, nəticələrin qalibi müəyyən edəcəyini bildirib və xalqın seçiminə hörmət edilməsini istəyib.
Venesuela mətbuatında yer alan xəbərlərə görə, seçkiləri izləmək üçün Venesuelaya 900-dən çox beynəlxalq müşahidəçi gəlib.
Seçkilərdə hazırkı Prezident Nikolas Maduro da daxil olmaqla, 10 namizəd mübarizə aparır.//AZƏRTAC
Oxşar xəbərlər
Seçki öncəsi Maduroya sui-qəsd iddiası - 3 nəfərin adını çəkdi
Venesuela prezidenti Nicolas Maduro, prezident seçkiləri üçün təşkil edilən kampaniya zamanı müxalifətin ona qarşı sui-qəsd planları hazırladığını iddia edib....