Ərdoğan Venesuelaya səfər edəcək
Venesuela hakimiyyəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə səfərinə hazırlaşır.
BAKU.WS xəbər verir ki, bunu Venesuelanın Prezidenti Nikolas Maduro missiyasını başa vuran Türkiyənin Karakasdakı səfiri ilə görüşündə deyib.
"Önümüzdəki günlərdə Prezident R.T.Ərdoğanı Venesuelada qəbul edəcəyik. Biz bir daha Venesuelanın inkişafına və iqtisadi bərpasına böyük təsir göstərəcək bu səfərə hazırlaşmağa şadıq", - deyə N.Maduro bildirib.
Qeyd edək ki, iyunun əvvəlində N.Maduro Ankaraya səfər edib və R.T.Ərdoğanla görüşüb. Türkiyə Prezidenti Venesuelaya son dəfə 2018-ci ildə səfər edib.
Oxşar xəbərlər
Türkiyə-İsrail: Ərdoğanla Hersoqun verdiyi mesajlar, Azərbaycanın qazancı – TƏHLİL
Martın 9-da İsrail Prezidenti İshaq Hersoq Ankaraya səfərə gələrək türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş keçirdi. Hersoqun səfəri iki ölkə arasında 10...