Seçki öncəsi Maduroya sui-qəsd iddiası - 3 nəfərin adını çəkdi

Seçki öncəsi Maduroya sui-qəsd iddiası - 3 nəfərin adını çəkdi
Siyasət 21

Venesuela prezidenti Nicolas Maduro, prezident seçkiləri üçün təşkil edilən kampaniya zamanı müxalifətin ona qarşı sui-qəsd planları hazırladığını iddia edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Maduro, planın arxasında müxalifət liderləri Leopoldo Lopez, Antonio Ledezma və Julio Borgesin olduğunu bildirib və təhlükəsizlik səbəbilə ziyarət etdiyi hər yeri gizli saxlamağa məcbur olduğunu deyib:

"Bir qrup sui-qəsdçilər var, ifrat sağçılar... Venesuelada artıq bir qrup sui-qəsdçilər var, məni axtarırlar və bizə zərər vermək istəyirlər".

Qeyd edək ki, Maduro hökumətinə sui-qəsd qurmaqda ittiham edilən və haqqında həbs qərarı olan müxalifətin önəmli liderlərindən Lopez, Ledezma və Borges hal-hazırda xaricdə yaşayırlar. Venesuelada xalq, 28 iyulda prezident seçkiləri üçün sandığa gedəcək.

Son xəbərlər