Maduroya qarşı dronla sui-qəsd hazırlanırmış
13
iyl
2021
19:14
Venesuela prezidenti Nikolas Maduro son dövrlərdə ona qarşı iki sui-qəsdin hazırlandığını açıqlayıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, onun sözlərinə görə, ilk sui-qəsd iyunun 24-də Karabobo savaşının 200 illiyinin qeyd olunması zamanı planlaşdırılıb. Hücumun pilotsuz uçuş aparatlarının köməyi ilə təşkil olunması nəzərdə tutulsa da, xüsusi xidmət orqanları bunun qarşısını alıb.
Dövlət başçısı faktla bağlı araşdırma aparıldığı üçün bu barədə ilk dəfə danışdığını qeyd edib.
“5 iyulda parad zamanı da mənə sui-qəsd hazırlanmışdı”, - deyə N.Maduro bildirib.
Oxşar xəbərlər
Venesuela ilə İngiltərə arasında 1 milyard dollarlıq GƏRGİNLİK
Venesuela Mərkəzi Bankı 2018-ci ildən etibarən İngiltərə Mərkəzi Bankına verdiyi 31 ton qızılın bir hissəsinin satılması üçün müraciət edib. BAKU.WS DHA-ya isti...