Türkiyə kəşfiyyatı Ərdoğana mümkün sui-qəsd hazırlandığını müəyyənləşdirib
20
may
2018
09:35
Türkiyə xüsusi xidmət qurumları prezident Rəcəb Tayyip Ərdoğana mümkün sui-qəsd hazırlandığını müəyyənləşdirib. İnsidentin prezidentin Balkan ölkələrinə səfəri zamanı baş verə biləcəyi bildirilir. APA-nın xəbərinə görə, TRT telekanalı öz mənbələrinə istinadən bildirib ki, sui-qəsdin hazırlanması barədə məlumatı ilk olaraq Makedoniya kəşfiyyatı Skopyedə yaşayan türklərdən əldə edib. Məlumata görə, sui-qəsd Türkiyə əsilli şəxslər tərəfindən hazırlanıb.Sui-qəsdin mümkün tarixi və yeri barədə məlumatın olmadığı bildirilir.Qeyd edək ki, Türkiyə prezidenti bu gün Bosniya və Herseqovinaya səfər edəcək. BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Türkiyəyə səfər edəcək
Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-25-də Türkiyəyə səfər edəcək.Bu barədə Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.Prezi...