Bu ölkənin prezidentinə qarşı sui-qəsd cəhdi olub - FOTO

Bu ölkənin prezidentinə qarşı sui-qəsd cəhdi olub - FOTO
Foto
Siyasət 4

Venesuela Prezidenti Nikolas Maduro Karakasın mərkəzində keçirilən mitinqdə həyatına sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.

Bu barədə Prezident "Venezolana de Television" kanalının canlı efirində bildirib.

Venesuela lideri 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyi seçici siyahılarına daxil edildikdən sonra Dieqo İbarra meydanında minlərlə insanın iştirak etdiyi mitinqdə çıxış edib.

"Bu gün burada, Dieqo İbarra meydanında iki silahlı şəxs mənə sui-qəsd etməyə hazırlaşırdı", - o deyib. "Saxlanılanlar ifrat sağçı, faşist "Vente Venesuela" Partiyasına mənsub olduqlarını etiraf ediblər", - Maduro vurğulayıb. O, cinayətkarların Prezident tərəfdarlarının mitinqdən əvvəl Milli Seçki Şurasının binası yaxınlığında keçirilən yürüşü zamanı saxlanıldığını deyib.

Karakas hökumətinin başçısı Naum Fernandez daha əvvəl Maduroya sui-qəsd etmək üçün nümayişə partlayıcı qurğularla daxil olan üç nəfərin saxlanıldığını açıqlamışdı.\\Report

Oxşar xəbərlər

Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir - YENİLƏNİR

Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir - YENİLƏNİR

Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz...

2423 Siyasət 10:26 15 may 2023

Son xəbərlər