Peru XİN venesuelalı diplomatları 72 saaat ərzində ölkəni tərk etməyə çağırıb

Peru XİN venesuelalı diplomatları 72 saaat ərzində ölkəni tərk etməyə çağırıb
Siyasət 22

Peru Xarici İşlər Nazirliyi Venesuela diplomatlarına 72 saat ərzində ölkəni tərk etməyi əmr edib.

BAKU.WS Lenta.ru-ya istinadən xəbər verir ki, Peru XİN-in X sosial şəbəkəsində dərc olunan xəbərinə görə, Venesuelalı diplomatlara ölkəni tərk etməyi əmr edib. Bu, Venesuela hakimiyyətinin verdiyi qərarlara reaksiyadır.

Bundan əlavə, Venesuela hökuməti prezident seçkilərinə yenidən baxılmasını tələb edən yeddi ölkədən: Argentina, Dominikan Respublikası, Kosta-Rika, Panama, Peru, Uruqvay və Çilidən diplomatik personalı geri çağırıb.

Qeyd edək ki, iyulun 28-də Venesuelada seçkilər keçirilib. Nikolas Maduronun qələbəsi elan edilib. Venesuela Milli Seçki Şurasının rəhbəri Elvis Amoroso bildirib ki, o, 51,2 faiz səslə qazanıb.

Bir sıra ölkələr seçkinin nəticələrini tanımayıb. Ancaq Rusiya prezidenti Vladimir Putin Maduronu yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.

Son xəbərlər