Türkiyədə fabrikdə güclü partlayış oldu - VİDEO
Türkiyənin Bursa şəhərində kauçuk malların təkrar emalı fabrikində yanğın baş verib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, güclü alovlar ətarfdakı 7 fabrikə keçib. Yanğın genişləndiyindən ətrafdakı evlərdəki sakinlər təxliyə edilib.
Verilən məlumatlara görə, yanğın bu gün saat 10-00 radələrində baş verib. Əvvəl alov Yıldırım bölgəsinin Vakıfköy məhəlləsi ərazisini əhatə edib. Bursa Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə qrupları yanğını söndürsə də, yanğın ətrafdakı kağız, tekstil olmaqla 7 fabrikə keçib.
Fabrikaların yaxınlığındakı bütün evlər ehtiyat tədbiri olaraq boşaldılıb.
Tııxac səbbəilə Vakıfköyün yanğınsöndürmə və vəzifəli qruplardan başqa əraziyə giriş qadağan edilib.
Ərazini qara dumana bürüyən yanğın saatlarla davam edib. Lakin yanğınsöndürənlərin gərgin səyi nəticəsində yanğın nəzarətə alınıb.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...