ŞOK HADİSƏ: Evdən 42 KamAz zibil çıxdı - VİDEO

ŞOK HADİSƏ: Evdən 42 KamAz zibil çıxdı - VİDEO
Video
Siyasət 228

Türkiyənin Düzce bölgəsində yerləşən evlərdən birində 42 KamAz zibil çıxıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 20 ildir ata, ana və üç fiziki məhdudiyyətli övladının yaşadığı evin artıq itlərin və pişiklərin məskəninə çevrilməsi ilə bağlı bələdiyyəyə məlumat daxil olub.

Bundan sonra həmin evə baxış keçirilib.

5 gün davam edən təmizlikdən sonra evdən 42 KamAz zibil çıxıb.

Evdəki 11 it və 20-yə yaxın pişik, toyuq və cücələr isə baytarlıq mərkəzlərinə təhvil verilib.

Ailə sığınacağa yerləşdirilib. Onlara psixoloji dəstək göstəriləcəyi bildirilib.

Son xəbərlər