Ərdoğan bu şəxsləri vəzifəsindən azad etdi

Ərdoğan bu şəxsləri vəzifəsindən azad etdi
Siyasət 122

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət Nəzarət Şurasının sədri Yunus Arıncını vəzifəsindən azad edib.

BAKU.WS xəbər verir ki, bu barədə qərar "Resmi Gazete"də dərc olunub.

Məlumata görə, onun yerinə Salih Tanrıkulu təyin edilib.

Bundan başqa, Uşak, Düzce, Tunceli və Şırnak Milli Təhsil müdirləri vəzifələrindən azad edilib.

Onların yeinə də yeni təyinatlar olub.

Yenə qərara görə, Uşak Milli Təhsil Müdiri Bülent Şahin, Düzce Milli Təhsil Müdiri Tamer Kırbaç, Tunceli Milli Təhsil Müdiri Gürsel Ekmekçi və Şırnak Milli Təhsil Müdiri Nazan Şener vəzifələrindən azad edilib.

Halil Yücel Uşak, Emrullah Aydın Düzce, Fəthi Ateş Tunceli, Sinop Milli Təhsil Müdirliyinə isə Osman Cebeci təyin edilib.

Son xəbərlər