48 yaşlı qadının evindən 75 toyuq, 142 pişik, itlər və ördəklər çıxdı - FOTO

48 yaşlı qadının evindən 75 toyuq, 142 pişik, itlər və ördəklər çıxdı - FOTO
Foto
Siyasət 0

ABŞ-ın Florida ştatında bir qadının evində 309 heyvan tapılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, evdə ammonyak miqdarının “ölümcül” səviyyədə olduğu məlum olub.

Polis qadını heyvanlara baxımsızlıqda və yaşlılara laqeyd münasibətdə ittiham edərək həbs edib.

Bildirilib ki, 48 yaşlı Lisa Lacharite Frostproof şəhərindəki evində 164 quş, 142 pişik və üç it saxlayırmış.

Evə ilk girən polis məmuru qəfəsə bağlanmış təxminən 75 toyuq, tovuz quşu və ördəklə qarşılaşıb.

Rəsmilər bu heyvanların bəzilərinin zəif və xəstə göründüyünü söyləyib. Evə baxış keçirən polis məmuru ammonyak qoxusunu “dözülməz” adlandırıb və qəfəsdəkilərdən başqa evdə təxminən 50 pişiyin qaçdığını deyib.

Lacharite polisə bildirib ki, o, pişikləri xilas edib, toyuq və quşları isə çox sevir.

Son xəbərlər