SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ tarixində ilk dəfə sabiq və hazırki prezidentlər arasında debat baş tutub.

BAKU.WS RT-yə istinadən xəbər verir ki, dünən Corciya ştatının Atlanta şəhərində keçirilən debatda Co Bayden və Donald Tramp söz savaşına çıxıblar. 

Tramp debat zamanı Baydenin əqli bacarıqlarından danışıb, rəqibi isə onu sərt tənqid etməkdən çəkinməyib.

Noyabrda keçiriləcək prezident seçkilərinə 4 ay qalmış Bayden və Tramp arasındakı debatın xülasəsini təqdim edirik:

▪️ Baydenin çıxışı:

  • ABŞ İsraili xilas etdi;

  • Ukraynada münaqişə bütün dünyanı əhatə etmək təhlükəsi ilə üz-üzədir;

  • Trampı "uğursuz və məğlub olmuş", həmçinin "qışqıran" adlandırdı;

  • Özünü ABŞ-ın bir əsr ərzində əsgərlərinin ölkə hüdudlarından kənarda ölmədiyi ilk prezidenti adlandırdı. (Əfqanıstanı unutdu);

  • ABŞ-nin hazırkı iqtisadi uğurlarına heyran olduğunu, Trampın komandasının isə ölkəni fəlakətə sürüklədiyini dedi;

  • "Mən hələ belə axmaqlıqlar eşitməmişəm — O, [Tramp] ABŞ-ı NATO-dan çıxarmaq istəyir".

▪️ Trampın çıxışıi:

  • ABŞ Baydenin üzündən iflasa uğrayır. O, ölkəni üçüncü dünya müharibəsinə sürükləyəcək, Kim Çen In və Si Cinpin ona hörmət etmir;

  • Moskvanın Ukrayna münaqişəsinin dayandırılması üçün irəli sürdüyü şərtlər qəbuledilməzdir;

  • Ukrayna münaqişədə məğlub olur, bu müharibə başlamamalı idi, ona artıq çox pul xərclənib;

  • Prezident olduğu anda Ukrayna böhranını həll edəcəyini vəd etdi;

  • Əqli bacarıqlar üzrə iki testdən keçdiyini, Baydenin isə birindən belə keçmədiyini dedi;

  • Əgər prezident seçkilərində Bayden qalib gəlsə, ABŞ-dən heç nə qalmayacaq;

  • ABŞ-ınin Əfqanıstandan qoşunlarını çıxarmasını ölkənin tarixində ən utancverici gün adlandırdı.

▪️ Debatlardan sonra:

  • Cill Bayden Ağ Ev rəhbərinə səhnədən düşməyə köməklik etdi;

  • Qərb KİV-lərində ABŞ prezidentinin çaşqın göründüyü, səhvlər etdiyi və məğlub olduğu yazıldı.

BAKU.WS