Çin Polşa vətəndaşları üçün 15 günlük vizasız rejim tətbiq edəcək
Çin hökuməti Polşa ilə bir neçə sahədə qarşılıqlı əlaqənin intensivləşdirilməsi zərurətini nəzərə alaraq bu ölkənin vətəndaşları üçün 15 günlük vizasız rejim tətbiq edəcək.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Çinin dövlət başçısı Si Cinpin bildirib.
“Çin birtərəfli qaydada Polşa vətəndaşları üçün 15 günlük vizasız rejim tətbiq etmək qərarına gəlib”, - Çinin Mərkəzi Televiziyası Pekində Polşa Prezidenti Andjey Duda ilə görüşən Si Cinpindən sitat gətirib.
Çin lideri iki ölkə arasında mədəni-humanitar və gənclər mübadiləsinin artırılmasının, elm adamları ilə medianın qarşılıqlı fəaliyyətinin intensivləşdirilməsinin vacibliyini qeyd edib.
O, Polşa tərəfi ilə, eləcə də Mərkəzi və Şərqi Avropanın digər ölkələri ilə əməkdaşlığı gücləndirməyə hazır olduqlarını vurğulayıb.
Oxşar xəbərlər
Gürcüstan ilə Çin viza rejimini ləğv ediblər
Gürcüstan ilə Çin Xalq Respublikası arasında viza rejimi ləğv olunub. AZƏRTAC xəbər verir ki, bununla bağlı Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və...