Qazaxıstan İran vətəndaşları üçün iki həftəlik vizasız rejim tətbiq edir
Qazaxıstan İran vətəndaşları üçün 14 gün müddətinə vizasız rejim tətbiq edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə keçirdiyi görüşdə deyib.
"Biz İran vətəndaşları üçün 14 gün müddətinə vizasız rejim tətbiq edirik. Bu tədbir müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən işgüzar dairələrin nümayəndələri arasında əlaqələrin intensivləşdirilməsi, çoxlu sayda turistin cəlb edilməsi məqsədi daşıyır", - Tokayev bildirib.
Qeyd edək ki, Qazaxıstan lideri bu gün İrana rəsmi səfər edib.
Oxşar xəbərlər
Qazaxıstan Prezidenti: Nazarbayevlə aramızda heç bir sövdələşmə olmayıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev birinci dövlət başçısı Nursultan Nazarbayevlə iğtişaşlar dövründə hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsinə dair...