KTMT kontingentinin Qazaxıstandan çıxarılacağı tarix açıqlandı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çərşənbə günü Nur-Sultanda KTMT-nin baş katibi Stanislav Zas ilə görüşündə təşkilatın sülhməramlı əməliyyatının başa çatdığını elan edib və onun həyata keçirilməsinə görə təşəkkür edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov təşkilatın hərbi kontingentinin Qazaxıstandan çıxarılmasının yanvarın 13-də başlayacağını və 10 gün ərzində başa çatacağını bildirib.
“Yanvarın 12-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Nur-Sultanda KTMT-nin baş katibi Stanislav Zası qəbul edib. Qazaxıstan dövlətinin başçısı sülhməramlı əməliyyata və terror hücumu şəraitində köməyə görə müttəfiqlərə təşəkkür edib. Qazaxıstan prezidenti KTMT-nin sülhməramlı əməliyyatının başa çatdığını elan edib”, - deyə o bildirib.
Oxşar xəbərlər
Qazaxıstanda komendant saatı tətbiq edildi - Şəhərlərə giriş və çıxış bağlandı - VİDEO
Qazaxıstanın Mangistau vilayətində və Almatı şəhərində komendant saatı tətbiq edilib. BAKU.WS xəbər verir ki, bu barədə ölkə başçısı Kasım-Jomart Tokayev sərən...
