Gürcüstanda 4,4 maqnitudalı zəlzələ oldu

Gürcüstanda 4,4 maqnitudalı zəlzələ oldu
Siyasət 45

Gürcüstanın şimalındakı Oni şəhərinin yaxınlığında 4,4 maqnitudalı zəlzələ olub.

Bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi bildirib.

Yeraltı təkanların mərkəzi 5 km dərinlikdə yerləşib. Saat 19:42-də baş verən zəlzələnin episentri ölkənin Oni şəhərindən 4 km cənubda olub. Yeddi dəqiqə sonra isə eyni ərazidə 4 maqnitudalı afterşok qeydə alınıb.

Son xəbərlər