Gürcüstanda bir gündə dörd dəfə zəlzələ olub

Gürcüstanda bir gündə dörd dəfə zəlzələ olub
Siyasət 404

Son sutka ərzində gürcü seysmoloqları ölkənin qərbində üç, eləcə də cənubunda bir zəlzələ qeydə alıblar.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, Gürcüstanın cənubunda 3,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Axalkalaki şəhərindən iki kilometr aralıda, episentri isə beş kilometr dərinlikdə yerləşib.

Daha sonra ölkənin qərbində 24 saat ərzində 4,4 və 4,3 bal gücündə zəlzələlər qeydə alınıb. Onların episentrləri şəhər tipli Baxmaro qəsəbəsi ərazisində yerləşib.

Bundan əvvəl Quriya bölgəsində 4,3 bal gücündə zəlzələ baş vermişdi.

Oxşar xəbərlər

Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB - 2

Türkiyədə daha bir zəlzələ oldu - YENİLƏNİB - 2

Türkiyədə daha bir zəlzələ baş verib. BAKU.WS xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, zəlzələ Sivasın Gürün bölgəsində 4.1 bal gücündə qeyd...

2572 Siyasət 16:37 08 fevral 2023

Son xəbərlər