ABŞ və Ermənistan rəsmiləri müdafiə məsələlərini müzakirə ediblər
16
iyn
2024
19:48
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrədə keçirilən Ukrayna üzrə Sülh Sammiti çərçivəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı, həmçinin ABŞ-nin Ermənistanın müdafiə sənayesinə dəstəyi məsələlərini müzakirə ediblər.
İsveçrədə Qriqoryan Ukrayna ilə bağlı sammitdə iştirak etsə də, Ermənistan nümayəndə heyəti tədbirin yekun bəyannaməsini dəstəkləməyib.
Oxşar xəbərlər
ABŞ vitse-prezidenti və prezident köməkçisi Ukrayna ilə bağlı konfransda iştirak edəcək
ABŞ-nin vitse-prezidenti Kamala Harris və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan iyunun 15-16-da İsveçrədə Ukrayna ilə bağlı keçiril...