ABŞ vitse-prezidenti və prezident köməkçisi Ukrayna ilə bağlı konfransda iştirak edəcək
03
iyn
2024
21:46
ABŞ-nin vitse-prezidenti Kamala Harris və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan iyunun 15-16-da İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Vitse-prezident Kamala Harris Ukraynada Sülh Sammitində iştirak etmək üçün iyunun 15-də Lütsernə (İsveçrəyə) gedəcək. Vitse-prezident ilə yanaşı, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan da sammitdə ABŞ-ni təmsil edəcək”, - məlumatda deyilir.
Oxşar xəbərlər
Cozef Bayden və Kamala Harris seçki kampaniyası üçün ianə toplamağa başlayıblar
ABŞ Prezidenti Cozef Bayden və vitse-prezident Kamala Harris seçki kampaniyasına ianə toplamağa başladıqlarını elan ediblər. BAKU.WS “report”a istinadən xəbər v...