ABŞ prezidentinin köməkçisi: “Ukraynaya hücum hər an başlaya bilər”
13
fev
2022
21:23
ABŞ Ukraynaya hücumun dəqiq vaxtını deyə bilməz.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu CNN televiziyasına müsahibəsində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
Sallivan əlavə edib ki, Vaşinqton hücumun istənilən gün başlana biləcəyini gözləyir.
“Biz dəqiq tarixi qabaqcadan deyə bilmərik. Rusiya tərəfindən Ukraynaya hücum hər an başlaya bilər”, deyə Sallivan vurğulayıb.
Bununla belə, siyasətçi qeyd edib ki, Ukrayna ətrafında eskalasiya yaxın həftələrdə, Olimpiya oyunları bitənədək başlaya bilər.
Oxşar xəbərlər
Putin və Makron 5 saat nədən danışıb?
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında danışıqlar 5 saatdan bir qədər çox davam edib. BAKU.WS "Report"a istinadən xəbər verir...