ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemlərini tədarük etməyə hazırlaşır
“ABŞ Ukraynanı qabaqcıl Hava Hücumundan Müdafiə (HHM) sistemləri ilə təmin etmək üçün Avropa və digər ölkələrdəki tərəfdaşları ilə birgə iş aparır”.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bildirib.
“Mən konkret ölkələr və ya konkret sistemlər haqqında danışmayacağam. Bu iş gedir. Təbii ki, bu sistemlərin lazımi yerə çatdırılmasını təmin etmək üçün bu işin effektivliyini qorumaq lazımdır”, - deyə ABŞ prezidentinin köməkçisi bildirib.
Ceyk Sallivan Ukraynanın dənizdən müdafiəsinə və gəmi əleyhinə silahların verilməsinə də toxunub.
“Biz ukraynalılarla və müttəfiqlərlə sahil müdafiəsi və gəmi əleyhinə müdafiə imkanları barədə də danışıqlar aparırıq. Bununla bağlı bəzi əməliyyat mürəkkəbliyi var. Amma bu, bizim sürətli inkişafı təmin etməyə çalışdığımız vektor və sahədir”, - ABŞ prezidentinin müşaviri bildirib.
Ceyk Sallivanın sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-dan tankların verilməsini istəməyib:
“Biz onun tanklarla bağlı istəyini eşitdik, mənim başa düşdüyüm kimi, ukraynalılar tank məsələsində konkret olaraq ABŞ-a deyil, bəzi başqa dövlətlərə müraciət ediblər”.
Oxşar xəbərlər
Bu ölkə Rusiyanın G20-dən çıxarılmasını istəyir
ABŞ Rusiyanın beynəlxalq qurumlardan, xüsusən də G20-dən mümkün xaric edilməsi imkanlarını araşdırır və bunu müttəfiqləri, tərəfdaşları ilə müzakirə edəcək. BAK...