Bu ölkə Rusiyanın G20-dən çıxarılmasını istəyir
ABŞ Rusiyanın beynəlxalq qurumlardan, xüsusən də G20-dən mümkün xaric edilməsi imkanlarını araşdırır və bunu müttəfiqləri, tərəfdaşları ilə müzakirə edəcək.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
Sallivanın sözlərinə görə, Rusiya artıq həmişə olduğu kimi beynəlxalq institutlarda və beynəlxalq birlikdə iştirak edə bilməz.
“Konkret qurumlar və konkret həll yolları ilə bağlı biz müttəfiqlərimizlə məsləhətləşmək, hər hansı əlavə bəyanatlar verməzdən əvvəl həmin qurumlardakı tərəfdaşlarımızla məsləhətləşmək istərdik”, - Cozef Baydenin müşaviri bildirib.
Oxşar xəbərlər
ABŞ Prezidenti: “Putin müharibəni seçdi”
“Rusiyanın rəhbəri Vladimir Putin insan itkisi və iztirablara səbəb olacaq müharibəni seçib”. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ preziden...