Pentaqon hərbi peykləri aşkar etmək üçün süni intellektdən istifadə edəcək
ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri Agentliyi (Defense Advanced Research Projects Agency, DARPA) Yerin orbitində hərbi peykləri aşkar edə bilən süni intellekt sistemlərinin alınması ilə bağlı “Slingshot Aerospace” şirkəti ilə müqavilə bağlayıb.
“Report” xəbər verir ki, bu barədə “Defence One” portalı şirkətin informasiya və süni intellekt üzrə direktoru Dilan Keslerə istinadən məlumat yayıb.
Keslerin sözlərinə görə, “Agatha” adı almış sistem kosmik aparatların trayektoriyasının təhlili əsasında onların arasında hərbi məqsədlər üçün, o cümlədən kəşfiyyat üçün istifadə olunanları müəyyən etməyə qadirdir.
Şirkət rəsmisi iddia edir ki, bu metod sayəsində 2015-ci ildə Rusiyanın “Luç” peykinin məlumatları ələ keçirmək üçün məqsədyönlü şəkildə ABŞ-nin “Intelsat” peyklərinə yaxınlaşdığını müəyyən etmək mümkün olub.
Kesler onu da əlavə edib ki, Pentaqon Rusiya və Çinin peyk qruplarının sayının artmasından narahatdır, çünki ora daxil olan bəzi kosmik aparatlar hərbi texnika daşıya bilər.
Oxşar xəbərlər
Polat cütlüyü hakim qarşısında: Dilan qızını görən kimi ağlamağa başladı - FOTO
Ötən ilin noyabr ayında saxlanılan Dilan və Engin Polat cütlüyü məhkəmə qarşısına çıxarılan zaman duyğusal anlar yaşanıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər...