Azərbaycanda filialı olan Türkiyə bankı satışa çıxarıldı
22
may
2024
08:48
Türkiyənin "Koç Holdinq"i "Yapı Kredi Bank"ın səhmlərinin satışı üçün "First Abu Dhabi Bank" ilə danışıqlara başlayıb.
Məsələyə yaxın mənbələr qiymətlə bağlı danışıqların davam etdiyini və razılaşma əldə olunarsa, əməliyyatın həcminin 8 milyard dollar civarında ola biləcəyini bildiriblər.
Xəbərlə əlaqədar açıqlama verən "Koç Holdinq" danışıqların davam etdiyini, lakin ictimaiyyətə açıqlama tələb edən hər hansı bir razılaşma olmadığını bildirib.//Oxu.az
Oxşar xəbərlər
2023-cü ildə sərvətlərini artıran varlılar
2023-cü ildə sərvətlərini artıran zəngin iş adamlarının siyahısı açıqlanıb. İlon Mask 2023-cü ildə sərvətlərini ən çox artıran zəngin insanlar siyahısında birin...