SİZİN REKLAM BURADA!
055 213 76 73


Taylandda 2024-cü ilin əvvəlindən bəri həddindən artıq istilər səbəbindən 61 nəfər ölüb.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

Havanın temperaturunun 40 dərəcəni keçdiyi paytaxt və ətrafı və şimal-şərq rayonları üçün istilər xəbərdarlığı edilib, yaşlı və xroniki xəstələr isti vurmağa qarşı diqqətli olmağa çağırılıb.

Ölkənin şimalındakı Lampanq bölgəsində həftə ərzində temperatur 44,2 dərəcəyə yüksələrək 2023-cü ilin milli temperatur rekorduna 44,6 dərəcə yaxınlaşıb.

Qeyd olunur ki, El Nino hava fenomeni ilin ən isti dövrünü yaşayan Cənub-Şərqi Asiya ölkələrində istidən ölüm riskini artırır.

BAKU.WS