Yanvarda İspaniyada rekord isti - Temperatur 27 dərəcədir - FOTO

Yanvarda İspaniyada rekord isti - Temperatur 27 dərəcədir - FOTO
Foto
Siyasət 1

İlin, günün bu vaxtı İspaniyada isti hava şəraiti əhalinin yaşayışını çətinləşdirib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin 90 bölgəsində günbəgün artan temperaturun normadan yuxarı olduğu bildirilib.

Hazırda İspaniyada temperatur 27 dərəcəyə yaxınlaşıb.

Albacete, Palma de Mayorka və Badajoz şəhərlərində 21, Kurtuba, Huelva və Almeriada 23, Valensiyada 25 dərəcə, Murciada isə 27 dərəcə isti qeydə alınıb.

Ölkənin hidrometeroloji proqnozlar bürosunun sözçüsü Marcelino Nunez bildirib ki, isti hava şəraiti davam edəcək və ölkədə uzun müddət quralıq hökm sürəcək.

İstidən daha çox təsirlənən İspaniyanın Kataloniya bölgəsidir. Fevralın birindən həyəcan təbili veriləcək. Əgər yağış yağmasa isti hava fəsadsız ötüşməyəcək.

Son xəbərlər