SİZİN REKLAM BURADA!
055 213 76 73


Avroviziya Mahnı Müsabiqəsinin keçiriləcəyi İsveçin Malmö şəhərində islamçıların İsrail nümayəndə heyətinə təhdidləri səbəbindən damlara snayperlər yerləşdirmək də daxil olmaqla təcili təhlükəsizlik tədbirləri görülür.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Qəzza zolağında apardığı əməliyyatlar fonunda müsabiqədə iştirakı Malmö müsəlman icmasının narazılığına səbəb olur.

Məlumata görə, İsrailin Milli Təhlükəsizlik Şurası altı günlük musiqi yarışmasında terrordan “əsaslı qorxu” elan edib.
Eyni zamanda, şəhərdə demək olar ki, hər şənbə günü Qəzzadakı müharibəyə qarşı “zorakı” nümayişlər keçirilir. İsveçdə bir qrup şəxs İsrailin Rusiya kimi Avroviziyada iştirakına icazə verilməməsini tələb edir.

İsrailin müsabiqədəki təmsilçisi Eden Qolan təhdidlər fonunda mayın 5-də bazar günü baş tutan Avroviziyanın açılış mərasimində iştirak etməyib.

Xatırladaq ki, mahnı müsabiqəsi mayın 7-dən 11-dək baş tutacaq.

BAKU.WS