SİZİN REKLAM BURADA!
055 213 76 73


"Marko Polo" serialının prodüseri Harvi Vaynşteyn 2018-ci ildə məhkəməyə verilərək həbs edilib. Təcavüz və cinsi zorakılıqda ittiham olunan Harvinin cəzası 16 ildən 23 ilə qədər artırılmışdı. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hazırda isə məşhur rejissorun məhkumluğu ləğv edilib.

Onun keçirilən məhkəməsində cinsi təcavüzə uğrayan qadınlar yenidən dindirilib və əhkumluğunu ləğv etmək qərarını verib.

Lakin başqa bir cinayətdə ittiham olunan Harvi həbsxanada qalacaq.

Xatırladaq ki, 70 yaşlı prodüser 30 il ərzində 80-dən çox qadına təcavüz edib.

Onlar arasında Hollivud ulduzları Ancelina Coli, Salma Hayek də var.

BAKU.WS