SİZİN REKLAM BURADA!
055 213 76 73


Fələstinin HƏMAS təşkilatının liderindən biri olan Yəhya Sinvar tuneldən çıxaraq Qəzza zolağına baxış keçirib.

Bu barədə mənbəyə istinadən “The New Arab” nəşri məlumat yayıb.

Yəhya Sinvar Qəzzadakı müqavimətin vəziyyəti ilə yaxından tanış olub və dəqiq məlumatları rəhbərliyə çatdırıb.

O, bu yaxınlarda fələstinli silahlılarla İsrail əsgərləri arasında toqquşmaların baş verdiyi əraziləri yoxlayıb və hərəkatın bəzi döyüşçüləri ilə tunellərdə deyil, məhz ərazidə görüşüb.

BAKU.WS