SİZİN REKLAM BURADA!
055 213 76 73


"Pop-star" yarışması ilə məşhurlaşan müğənni Abidin Şahin illər sonra görüntülənib.

BAKU.WS xəbər verir ki, 2003-cü ildə ekranalara gələn və 14 həftə davam edən yarışmada birinci olan sənətçi əslində məqsədi sadəcə müğənni olmaq olmadığını açıqlayıb:

"Dərdim birinci olmaq deyildi. Mən musiqi sektoruna girmək istəyirdim. Onsuz da illər sonra fərqinə vardım ki, bu sektor heç də kənardan göründüyü kimi deyil".

Abidin yarışdan sonra məşhurluğu qorumağın çətin olduğunu bildirib:

"Kimsə sonsuza qədər xatırlanacaq deyə bir şey yoxdur. Bu yarışma sadəcə bir platforma idi və mən yarışmanın birincisi olduğum üçün xatırlanıram. Birinci oldum amma, bu uğurun davamı sonradan prodüserlərlə imzalayacağın müqavilələrdən asılı olacaqdı. Bir vaxtdan sonra özümə "Həyatımda daha real nə edə bilərəm?" deyə sual verdim.

Bundan sonra Ankaraya köçdüm. 20 il əvvəl küçədə yeriyə bilmirdim. Yarışmada yaşadığım məşhurluqdan sonra həyatıma sakitlik çökdü. Mənə olan marağın sonradan bitəcəyi onsuz da bəlli idi.

Sürətlə gələn şöhrətin marağı da qısa müddətdən sonra bitir. Bu təbiətin qanunudur. Yarışdan sonra mənim B, C, D planlarım var iid. Bəziləri belə yarışdan sonra intihar edir.

Burada ailə və yaxınlar mühüm rol oyanyır".

"Popstar" Abidin hazırda korporativ kommunikasiyalar və brend məsləhət xidmətləri göstərən şirkətə sahibdir:

"2017-ci ildə öz şirkətimi qurdum. Yarışmadan sonra reklam musiqiləri bəstələyib agentliklərlə işlədim. Orda qazandığım məşhurluğu işimdə də istifadə edirəm". 

BAKU.WS