"Survivor 2020"-də gözlənilməz ayrılıq: Ağlayaraq yarışmanı tərk etdi - VİDEO

Survivor 2020-də gözlənilməz ayrılıq: Ağlayaraq yarışmanı tərk etdi - VİDEO
Video
Siyasət 1312

Dizindəki zədə səbəbilə "Survivor 2020" ilə vidalaşmalı olan "məşhurlar" komandasının üzvü Ersin Korkut ilk açıqlamasında ​​ağlayaraq hər kəsdən üzr istəyib.

BAKU.WS xəbər verir ki, Türkiyənin "TV8" kanalında yayımlanan və böyük maraqla izlənən "Survivor 2020" yarışması dünən iştirakçılardan biri ilə vidalaşıb.

Ötən gün oyun zamanı zədələnən Ersin Korkut dizindəki narahatlıq səbəbindən yarışdan kənarlaşdırılıb. Buna qədər dizindəki ağrılara görə iştirakçı xəstəxanaya aparılıb və MRT olunub. Nəticələr onun yarışmaya davam etmək vəziyyətində olmadığını göstərib.

"Yarışdan çıxarıldığım ilk gündən etibarən uçuşumu gözləyirəm. Fərqli hisslər keçirirəm. Kimi incitmişəmsə, ondan üzr istəyirəm. Mən heç vaxt ağlamıram, sızlamıram. Bu, məndə ilk dəfə oldu. Dostlarım, atam və anam üçün çox darıxmışam", - deyə Ersin Korkut bildirib.

Son xəbərlər