SİZİN REKLAM BURADA!
055 213 76 73


Kanadalı müğənni Selin Dion jurnallardan birinə müsahibə verib.

BAKU.WS xəbər verir ki, sənətçi açıqlalamarı zamanı səhhətindən danışıb. O bildirib 2022-ci ildən tutulduğu “Əzələ sərtliyi sindromu” ilə yaşamağı artıq öyrənməlidir:

"Həmişə belə qalacağımı zənn etdiyim üçün xəstəliyə qalib gələ bilmədim. Ümid edirəm ki, bir möcüzə olacaq, elmi araşdırmalar yolu ilə bu xəstəliyi aradan qaldırmaq üçün bir yol tapacağıq, amma hələlik bununla yaşamağı öyrənməliyəm. Həftədə 5 gün idman və səs terapiyasına gedirəm. Ayaq barmaqlarım, dizlərim, barmaqlarım üzərində işləyirəm... bununla yaşamağı öyrənməliyəm və özümü sorğu-sual etməyi dayandırmalıyam.

Əvvəllər özümə sual verərdim: niyə mən? Bu necə ola bilər? Mən nə etdim? Bu mənim günahımdır? Həyat isə sənə heç bir cavab vermir. Sadəcə onu yaşamalısan. Bilməyən bir səbəbdən bu xəstəliyə tutuldum. Mən bütün bədənimlə, ruhumla, başdan ayağa həkimlərlə işləməyi seçdim. Ola biləcəyim ən yaxşısı olmaq istəyirəm".

Xatırladaq ki, “Əzələ sərtliyi sindromu” xəstəliyi insanın mərkəzi sinir sisteminə təsir göstərir ki, bu da əzələ tonusunu artırır. Nəticədə ağrılı spazmlar olur, sümük qırılmaları daha tez-tez baş verir.

BAKU.WS