Selin Dionun vəziyyəti ağırlaşıb - FOTO
Dünyaca məşhur müğənni Selin Dionun səhhəti daha da pisləşib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ifaçının bacısı Klodet Dion bildirib.
O Kanadanın "7 Jours" nəşrinə açıqlamasında, bacısı Selinin artıq uzun müddətdir əziyyət çəkdiyi SPS xəstəliyinin (əzələ sərtliyi sindromu) ağırlaşdığını qeyd edib. Klodet sənətçinin artıq iş qabiliyyətini yavaş-yavaş itirdiyini bildirib.
Xatırladaq ki, ötən ilin dekabrında Selin Diona nevroloji xəstəlik olan əzələ sərtliyi sindromu diaqnozu qoyulub.
55 yaşlı müğənni bu xəstəliyinin müalicəsinin olmadığını vurğulayıb. Bundan sonra o dünya turuna çıxmağa hazırlaşdığı bütün konsertlərini ləğv edib.
Oxşar xəbərlər
Bu xəstəlik uşaqların təhsilinə təsir edir: Həkim açıqladı - FOTO
Anemiya uşaqlarda ən çox rast gəlinən qan xəstəliklərindən biridir. 6 aydan 2 yaşa qədər uşaqlarda iştahsızlıq, kökəlmə, solğun dəri, narahatlıq, anaya həddində...