SİZİN REKLAM BURADA!
055 213 76 73


Sitrus meyvələrindən limon və laym tez-tez istifadə olunur. Bu meyvələrin bir neçə əsas fərqi var.

BAKU.WS xarici mediaya istinadən sözügedən fərqləri təqdim edir.

Laymın yetişməmiş limon olduğunu düşünə bilərsiniz. Lakin, bu belə deyil. Onların yeganə ortaq cəhəti sitrus meyvələrinin alt növü olmasıdır.

Limon Çində, Hindistanda və Sakit Okeanın tropik adalarında ağaclarda bitir. Laym kollarda bitir, lakin meyvələri ağaclarda olan növlər də var. Laym Cənub-Şərqi Asiyada Malakka yarımadasında yaranmışdır.

Laym ümumiyyətlə limondan kiçikdir, ucları daha az çıxıntılıdır və daha hamardır.

Limon yaşıl və ya sarı ola bilər, lakin ılaym yalnız yaşıl olur. Həmçinin, yetişmiş limonun qabığı laymdan qat-qat qalın olur.

Limonun içi sarı-yaşıl, laymın isə yaşıl olur. Laymın adətən turş və acı dadı var.

Laym bütün il boyu meyvə verə bilər, limon isə il ərzində yalnız bir dəfə meyvə verə bilər. Laym C vitamini ilə yanaşı, M vitamini və fol turşusu da var.

Laym maksimum bir neçə həftə, limon isə 4-5 həftə saxlanıla bilər.

BAKU.WS