Aİ gələn ildən Ukrayna qazının tranzitindən imtina edəcək
04
mar
2024
21:27
Avropa İttifaqı 2025-ci ildən Ukrayna qazının tranzitindən imtina edəcək.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ Şurasının energetika nazirləri səviyyəsində keçirilən iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Hazırda qurum qaz ehtiyatlarının saxlanması üçün Ukrayna anbarlarından istifadə imkanlarını öyrənir.
Bununla yanaşı, komissar etiraf edib ki, Aİ ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) alışına qadağa qoyulmasını dəstəkləmir.
Oxşar xəbərlər
Şimali Makedoniya ilin sonuna qədər TAP-a qoşulacaq
Şimali Makedoniya ilin sonuna qədər qaz saxlanclarını Trans-Adriatik Boru Kəməri (TAP) və Yunanıstandakı mayeləşdirilmiş təbii qaz (LNG) terminalları ilə birləş...