SİZİN REKLAM BURADA!
055 213 76 73


Sağlam həyat üçün nizamlı və balanslı qidalanmanın vacib olduğu həqiqətdir.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, həkim Derya Can hüceyrələri canlandıran və yaşlanma əleyhinə olan 13 qidanı sadalayıb.

Su: Bədənimizdəki bütün hüceyrələrin enerji əldə etmək və tullantıları aradan qaldırmaq üçün ən çox ehtiyac duyduğu şey budur. Beyin, qaraciyər, böyrək və ürək kimi daxili orqanların sağlam işləməsini dərinin daha canlı görünməsini təmin edir, qırışların qarşısını alır. Gündə ən az 2 litr su içmək gənc qalmağın ilk addımıdır.

Qoz: Omeqa-3-ün ən yaxşı bitki qaynaqlarından biridir. Beyin sağlamlığını və idrak funksiyalarını qorumaq üçün vacib bir qidadır. Dərinin strukturunun gərginliyini saxlamağa kömək etməklə immuniteti gücləndirir.

Avokado: Çoxlu vitamin və minerallarla zəngin olan bu qida xüsusilə hüceyrələrdə yığılan tullantıları çıxarmaqdan məsuldur. Dəri üçün nəm mənbəyi olan bu qida dərinin gec qırışmasına və daha parlaq görünməsinə səbəb olur.

Yaşıl çay: Çox yüksək antioksidant təsirə malikdir. Bu baxımdan dəri xəstəliklərinə faydalı olmaqla yanaşı, günəşin və yaşa bağlı dəri ləkələrinin yaranmasının da qarşısını alır.

Alma: Qabığı ilə yeyilən yaşıl alma kollagen aktivliyini stimullaşdırır və dərinin sallanması, qırışması və yaşlanmasını gecikdirir. Saçların qırılmasının və zədələnməsinin qarşısını alır.

Üzüm: Xüsusilə üzüm toxumlarında olan resveratrol güclü antioksidantdır. Döş və prostat kimi bir çox xərçəngdən qoruyur. Həm immunitetimizi gücləndirir, həm də dərini sıxır, qırışların qarşısını alır.

Soğan-Sarımsaq: B vitaminləri, selen və kükürd kimi mikroelementlərlə zəngindir. Dərini günəşin zərərli təsirlərindən qoruyur. Tərkibindəki kükürd sayəsində hüceyrə yenilənməsi və dərinin dartılması üçün təsirli qidalar hesab olunur.

Pomidor: Dərinin hamar qalmasına kömək edir.

Yaşıl tərəvəzlər (İspanaq, brokoli, kahı və s.): Tərkiblərindəki yüksək fol turşusu dərinin gərginliyini qoruyur və selülitin yaranmasının qarşısını alır.

Qabıqsız meyvələr (xüsusilə albalı, çiyələk, zoğal, qaragilə, moruq, böyürtkən): Bu meyvələr antioksidantlarla çox zəngin olduğu üçün qocalma əleyhinə yüksək xüsusiyyətlərə malikdir. Bundan əlavə, bol miqdarda C vitamini ehtiva etdiyi üçün zədələnmiş hüceyrələri yeniləyir və dəri xərçənginin qarşısını alan xüsusiyyətlərə malikdirlər.

Tünd şokolad: Kakao paxlasında çoxlu antioksidanlar var. Bununla belə, şokoladlara tətbiq edilən təmizlənmə prosesi dəri üçün faydalı olan antioksidanları da götürür. Bu səbəbdən qara şokolad xüsusilə qocalma əleyhinə təsirinə görə istehlak edilməlidir.

Balıq: Omeqa-3 ilə zəngin olan balıq həm ürək, həm də dəri dostudur. Xüsusilə hüceyrə ölümünü gecikdirir. Omeqa-3 ən çox somon, ton balığı və sardina balıqlarında olur.

Qatıq: Xüsusilə qatıq suyunda olan riboflavin (vitamin B1) cavanlaşdırıcı və dərini bərpa edən təsirə malikdir. Qatığı suyu ilə birlikdə istehlak etməyə çalışın. Yüksək qocalma əleyhinə xüsusiyyətlərə malik süd, qatıq və ayrandan tez-tez istifadə etmək lazımdır.

BAKU.WS