Brüsseldə fermerlər mərkəzi magistral yolunu bağlayıblar - VİDEO
Belçikada etirazçı fermerlər Avropa Məhəlləsini və Brüsselin əsas magistral yolu hesab edilən Rue de la Lua küçəsini bağlayıblar.
Məlumata görə, etiraz aksiyası Avropa İttifaqına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin Belçikanın paytaxtında keçirilən iclası fonunda başlayıb.
Narazı fermerlər Brüsselə 150-yə yaxın traktor gətiriblər. Nəqliyyat vasitələrinin üzərində fermerlərin maraqlarını müdafiə etməyə çağıran plakatlar var.
Fermerlər etiraz əlaməti olaraq şəhərin mərkəzi küçəsinin yoluna peyin atmağa cəhd ediblər. Lakin asayiş keşikçiləri su şırnaqlarından istifadə edərək aksiya keçirən fermerlərin qarşısını alıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...