SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar sosial şəbəkələr demək olar ki, hər birimizin həyatının hər anında yer almağa başlayıb. Buna baxmayaraq sosial şəbəkələrdən imtina edən və istifadə etməyən məşhurlar da var.

BAKU.WS xarici KİV-ə istinadən sosial şəbəkə istifadə etməyən dünya məşhurlarının siyahısını təqdim edir:

Aktrisa Skarlet Yohansson

Aktrisa sosial şəbəkələrdən uzaq qalmağa çalışır. "Sosial şəbəkədə olanda özümü tamamilə ona həsr edirəm" - deyə Skarlet açıqlama verib.

Aktyor Bred Pitt

Brad Pitt, GQ-yə müsahibədə sosial şəbəkə istifadəçisi olmamağı ilə bağlı danışıb. "Yanlış anlamalarla mübarizə apara bilərsiniz. Bəlkə gənclik illərimdə sosial şəbəkə hesabım olsaydı, istifadə edərdim. Amma bu nöqtədə bununla məşğul olmaq istəmirəm" - deyə, Pitt bildirib.

Aktrisa Keyt Uinslet

Aktrisa "The Sunday Times"a sosial şəbəkələrin uşaqlar üzərində böyük mənfi təsir yaratdığını əsas gətirərək bu platformalardan istifadə etmədiyini deyib:

"Sosial şəbəkələrin gənc qadınların özgüvənləri üzərində böyük təsiri var. Çünki onlar izləyiciləri tərəfindən sevilmək üçün özlərini dəyişməyə çalışırlar. Bu səbəbdən mən sosial şəbəkələrdə yoxam”.

Aktrisa Cennifer Lourens

Sosial media istifadə etməyən məşhurlar arasında yer alan Lourens, sosial şəbəkələrdə vaxt keçirməyin mənasız olduğunu deyib.

Aktrisa Emili Blant

Aktrisa "Vulture"a müsahibəsində sosial şəbəkədən istifadə etmək üçün yaşlı olduğunu bildirib.

Aktyor Denyl Redkliff

"Harry Potter" filminin ulduzu şəxsi həyatını media və ictimaiyyətdən uzaq tutmaq üçün sosial şəbəkələrdən istifadə etmədiyini deyib.

Aktyor Denyl Kreyq

"James Bond" filmləri ilə ulduzu parıldayan aktyor və həyat yoldaşı Reyçl Vayz da şəxsi həyatları ilə bağlı sosial şəbəkələrdən uzaq dayanır.

Aktyor Robert Pattinson

Göz önündə olmağı sevməyən aktyor sosial şəbəkələrdə başqasının həyatıın izləməyin yaxşı bir şey olmadığını bildirib. 

BAKU.WS