Makron və Şolsdan Ukraynadakı cəbhəyə getmələri istənildi

Makron və Şolsdan Ukraynadakı cəbhəyə getmələri istənildi
Siyasət 50

Fransalı siyasətçi və "Vətənpərvərlər" partiyasının lideri Florian Filippot Ukraynada hərbi əməliyyatları davam etdirmək istəyən siyasətçiləri, o cümlədən Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsu cəbhəyə getməyə çağırıb.

Bu barədə fransız siyasətçi "X" sosial şəbəkəsində yazıb.

O, vurğulayıb ki, Avropa İttifaqı (Aİ) və NATO qarşısında öhdəlikləri olan şəxs hərbi əməliyyatların davam etdirilməsini tələb etdikdə, onu hərbi münaqişənin reallıqları ilə üz-üzə qoymaq lazımdır.

"Kim müharibə istəyirsə, onu cəbhəyə göndərmək lazımdır. [Avropa Komissiyasının rəhbəri] Ursula [Von der Leyen], [Avropa Parlamentinin deputatı Rafael] Qluksmann, Makron, [Avropa komissarı Thierry] Breton, Şolts və başqaları: hamı cəbhəyə!”, - deyə siyasətçi bildirib

Buna qədər Filippo demişdi ki, Şolts bütün Avropa ölkələrini hərbi münaqişəyə sürükləməyə çalışır. Siyasətçi həmçinin NATO və Avropa İttifaqı kimi təşkilatların “məhv edilməsinin” zəruriliyini qeyd edib.

Son xəbərlər