SİZİN REKLAM BURADA!
055 213 76 73


İllərdir sevilərək izlənilən "Hababam Sınıfı" filmlərinin aktyoru Ahmet Sezerelin (Çalışkan Ahmet) həyat yoldaşı hazırda "Yargı" serialında çəkilir.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu tanınmış aktrisa Ayşen Sezereldir.

O serialda başprokuror obrazındadır. Ayşen həyat yoldaşı Ahmetdən 12 yaş kiçikdir. O Ankarada doğulub. Aktrisalıq təhsili aldıqdan sonra bir çox film və serialda çəkilib. Ayşen "Hayat Bilgisi", "Pis Yedili", "Doktorlar", "Arka Sokaklar", "Zalim İstanbul" kimi reytinqli layihələrdə rol alıb.  

 

Xatırladaq ki, Ahmet Sezerel 1950-ci ildə İstanbulda doğulub. O "Hababam Sınıfı Uyanıyor", "Perihan Abla", "Gülen Gözler", "Aile Şerefi", "Neşeli Günler" kimi ekran işlərində yaddaqalan obrazlar yaradıb. Karyerası ərzində özünə geniş tamaşaçı auditoriyası toplayıb.  

BAKU.WS