SİZİN REKLAM BURADA!
055 213 76 73


"Brilyant əl" filmində fahişə obrazını canlandıran aktrisa Viktoriya Ostrovskaya dünyasını dəyişib.

Tanınmış aktrisanın ölümü barədə Andrey Malaxov öz teleqram kanalında yazıb.

Onun ölümünün səbəbi və şəraiti hələlik məlum deyil.

Qeyd edək ki, Viktoriya Qriqoryevna Ostrovskaya 1938-ci ildə anadan olub. O, Qorki adına Dnepropetrovsk Akademik Rus Dram Teatrında və Sızran Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib.

Sonra otuz ildən çox Rusiya Dövlət Kitabxanasının incəsənət şöbəsində kitabxanaçı, uzun illər Moskvadakı sağlamlıq mərkəzlərindən birində aerobika üzrə təlimatçı işləyib.

BAKU.WS
QALEREYA