SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktrisa Gupse Özay eşq etirafı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, həyat yoldaşı Barış Arduçla "Lohusa" filminin qalasına qatılan aktrisa jurnalistlərin suallarını cavablandırıb. Özayın ərinə etdiyi eşq etirafı isə marağa səbəb olub:

“Barışa qədər sevginin belə olduğunu düşünürdüm: Vəsvəsə, kimisə özünəcəlb etmək, bunu eşq zənn etmək... Lakin Barışdan sonra deyə bilərəm ki, qolumu kəsəcəyim yaxud da hər iki böyrəyimi bağışlayacağım kimi sevgi adlı hiss yaşadım".

Xatırladaq ki, tanınmış cütlük uzun illər sevgili olduqdan sonra 2020-ci ildə ailə qurub. Onların Asya adlı bir övladı var. 

BAKU.WS