SİZİN REKLAM BURADA!
055 213 76 73


Yəhudi əsilli türkiyəli yazıçı Mario Levi vəfat edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə yazıçının çalışdığı Buart sənət mərkəzi məlumat yayıb.

Onlar sosial şəbəkədə 66 yaşlşı Mario haqqında "Ədəbiyyatın güclü qələmini itirdik" deyə qeyd ediblər.

Qeyd edək ki, Levinin "İstanbul Bir Masaldı", "En Güzel Aşk Hikayemiz", "Bir Şehre Gidememek", "Lunapark Kapandı" ve "Size Pandispanya Yaptım" adlı kitapları var.

O üç il əvvəl "Anadolu" agentliyinə müsahibəsində İstanbul şəhərinin hər zaman onun üçün ilham mənbəyi olduğunu qeyd edib. Qeyd edək ki, Mario Levi 1957-ci ildə İstanbulda doğulub.

İlk hekayəsini 1975-ci ildə qələmə alıb 1984-cü ildən etibarən "Hokka" jurnalı, Şalom, Cumhuriyet qəzeti Cumhuriyet jurnalı, Argos və "Oksijen" kimi bir çox mətbaut orqanlarında onun yazıları çap edilib. 

BAKU.WS