SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın paytaxtı Parisdə “Luvr” muzeyində sərgilənən Mona Liza tablosunun üzərinə şorba atılması dünya mətbuatının gündəmini zəbt edərək qınaq obyektinə çevrilib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın mədəniyyət naziri Rachida Dati məsələ ilə bağlı ilk dəfə açıqlama verib.

O möhtəşəm əsərə edilən hər hansı bir hücumun qəbulediməz olduğunu vurğulayıb:

"Mona Liza bizim mirasımızdır. O gələcək nəsillərə aiddir. Heç bir əsas onun hədəf kimi göstərilməsinə zəmin yarada bilməz".

Xatırladaq ki, iki gün əvvəl eko fəallar tarixi əsərin üzərinə şorba atıblar. Onlar Mona Lizanın olduğu əraziyə daxil olaraq etirazlarını bildiriblər.  "İncəsənət, vacibdir yoxsa sağlam və davamlı qidalanma hüququ? Kənd təsərrüfatı sistemimiz xəstədir" - deyərək hökümətin fermerlərlə bağlı verdiyi qərara etiraz ediblər.

"Mona Liza" əsəri gülləkeçirməz şüşə ilə mühafizə olunduğunda ona heç bir zərər dəyməyib. 

BAKU.WS