SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur türkiyəli ifaçı, aktrisa Hülya Yiğitalpın oğlu aerokosmik mühəndis Yiğit Tokbey ABŞ-də qəza keçirərək dünyasını dəyişib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, “SpaceX” şirkətində baş uçuş mühəndisi vəzifəsində çalışan Tokbeyin ölümünə səbəb olan qəza ilə bağlı araşdırmalara başlanılıb.

Məlumata görə, 31 yaşlı Yiğit Tokbey 17 yanvar çərşənbə günü axşam Kaliforniyanın Orcutt bölgəsində baş verən motosiklet qəzasında həyatını itirib.

Hülya Yiğitalp və iş adamı Rıfat Tokbeyin üç övladından biri olan Yiğit Tokbeyin cənazəsi prosedurlar tamamlandıqdan sonra Adanada dəfn olunmaq üçün Türkiyəyə gətiriləcək.

BAKU.WS
QALEREYA