SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzu Nikol Kidmanın açıq-saçıq geyimi tənqidlərə məruz qalıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Nyu Yorkda "Expats" serialının qalasına qatılan Kidmanın dərin kürək dekolteli geyimi bəyənilməyib.

Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Aktrisa şık görünmək üçün geyimini qara rəngli ayaqqabı, brilliant sırğalar, saat, qolbaq və üzüklə tamamlayıb.

Bəzi oxucular məşhurun açıq-saçıq görünüşünü bayağı adlandırıblar. Onlardan bəziləri Nikolun libasının gülünc və utancverici olduğunu bildiriblər.

Xatırladaq ki, Nikol Kidman uzun illərdir ki, musiqiçi Kit Urban ilə evlidir. 

BAKU.WS
QALEREYA