Pakistan İrandakı səfirini geri çağırdı
17
yan
2024
15:59
Pakistan öz səfirini İrandan geri çağırmaq qərarına gəlib.
Bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfirin geri çağrılmasına səbəb İran ordusunun ölkə ərazisinə raket zərbəsi endirməsi olub.
Pakistan tərəfi bu zərbələri qanunsuz adlandırıb və cavab vermək hüququnu özündə saxladığını açıqlayıb.
İki ölkə arasında planlaşdırılan bütün yüksək səviyyəli danışıqlar və ikitərəfli səfərlər ləğv edilib.
Oxşar xəbərlər
İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb
İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun media orqanı ISPR məlumat yayıb. Bildirilib...