Ömrünü Atatürkün şəkillərindən kolleksiya yığmaqla keçirən Hanri vəfat etdi - FOTO
Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə aid minlərlə foto toplayaraq onun kolleksiya halına salan Hanri Benazus vəfat edib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, xəstəliyi səbəbilə bir aydır müalicə alan Hanri İzmir Şəhər Xəstəxanasında dünyasını dəyişib. O bu gün Altındağ Musevi qəbiristanlığında dəfn olunacaq.
Məlumat üçün bildirək ki, Hanri Benazus İzmirdə doğulub. 17 yaşında Mustafa Kamal Atatürklə tanış olan Benazus o vaxtdan sonra onun şəkillərinİ toplamağa başlayıb.
Bir zamanlar qurduğu toyuq ferması ilə iş həyatına atılan Benazus, 1985-1987-ci illərdə Altay İdman Klubunda vəzifədə çalışıb.
Onun kolleksiyasında Atatürkün 3 mindın artıq şəkili var. Benazus fotoların bir qismini Anakara, digərlərini isə İzmir Büyükşehir bələdiyyəsinə bağışlayıb.
Oxşar xəbərlər
2023-cü ildə həyatını itirən türkiyəli məşhurlar - FOTO
Türkiyədə 2023-cü ildə sənət aləmindən bir çox məşhurlar vəfat edib. BAKU.WS Türkiyə mətbuatına isinadən həyatını itirən məşhurları təqdim edir: Burhan Çaçan "Ç...