Adada təcili toplantı keçirən Acun böyük sürprizi açıqladı! - Survivorda yeni dövr - FOTO
Türkiyənin ən populyar yarışmalarından olan "Survivor All Star 2024"ün qaydaları dəyişib.
BAKU.WS xəbər verir ki, bu barədə layihə rəhbəri Acun Ilıcalı açıqlama verib.
Bir anda ada əhlini toplayan Acun "Dəyişiklik belə edilir" deyərək oyunun qaydalarının dəyişdiyini deyib:
"Dostlar, komanda dəyişikliyi ilə bağlı sizə verməli olduğum xəbər belədir: Bu həftə komandalar dəyişməyəcək. Dəyişəcək, amma bu həftə yox. Bizim sürprizimiz budur: Oyun sistemi bu gündən sonra dəyişir. Oyun bir turda oynanılacaq və 12 raundda başa çatacaq. Kişi və qadın kimi oynanılacaq. Bununla belə, bu oyun tərzi komanda səkkizə çatana qədər davam edəcək. Komanda səkkiz oyunçuya çatana qədər kişilər və qadınlarla yarışırsınız.
Komanda 8-ə çatan anda hər şey birdən dayanır. 8 və 12 dost arasında estafet yarışı olacaq. Siz cütlərlə yarışacaqsınız. Estafet yarışında böyük detal odur ki, finalda kişilər və qadınlar birlikdə atış həyata keçirir. Eyni zamanda vuracaqsınız. Hədəflərin sayı artırılacaq və siz birlikdə finala çıxacaqsınız. Burada ən vacib məsələ komandalarda düzgün cütlüklərin tapılmasıdır. Bu cütlər sizin taleyinizi təyin edəcək".
Acun vurğulayıb ki, bu yenilik bu gündən etibarən tətbiq olunacaq.
Qalereya
Oxşar xəbərlər
Dominikan polisi "Survivor All Star 2024"də ƏMƏLİYYAT KEÇİRDİ - FOTO/VİDEO
Dominikan polisi "Survivor All Star 2024" yarışmasına basqın edərək orada əməliyyat keçirib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə yarışman...